Ölkə
Samuxda qanunsuz ov edənlər saxlanıldı
Bakı, 11 mart,
AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə martın 3-dən 10-dək ölkə ərazisində növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Samux rayonu ərazisində qanunsuz ov edən 3 nəfər naməlum şəxs saxlanılıb. Onlardan 3 ov tüfəngi və 6 patron götürülüb, barələrində qanunamüvafiq qaydada akt tərtib olunub. Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.
Reydlər davam etdirilir.