Ölkə

Samuxda magistral yollar təmir olunur

Metbuat.az

Samux, 14 mart,

AZƏRTAC

Qış aylarında qar və şaxtanın avtomobil yollarında yaratdığı fəsadların aradan qaldırılması üçün Samuxda təmir-bərpa işlərinə başlanılıb.


Samux rayon 57 saylı yol istismar idarəsinin rəisi Zakir Quliyev

AZƏRTAC

-a deyib ki, hazırda bir neçə istiqamətdə, o cümlədən Əlibayramlı, Samux-Yenikənd-Poylu və Samux-Gəncə avtomobil yollarında təmir işləri aparılır. Təmir-bərpa işlərinin gələn ayın sonlarında başa çatdırılması nəzərdə tutulur.