Ölkə
Şamaxıda ölümlə nəticələnən yanğın baş verib
Bakı, 26 mart,
AZƏRTACŞamaxı şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində evin bir otağı yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.