Digər
APA
Milli.Az
Şamaxı yolu 30 yaşlı sürücünün sonu oldu
Şamaxı rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA
-nın xəbərinə görə, hadisə Şamaxı-Çöl Göylər-Padarçöl yolunun 28-ci kilometrliyində qeydə alınıb.
Çöl Göylər kənd sakini, 1984-cü il təvəllüdlü
Bayramov Tacir Bayram oğlunun idarə etdiyi 56-BA-946 dövlət nömrə nişanlı, BMW markalı minik maşını yoldan çıxaraq aşıb.
Sürücü T. Bayramov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az