Salyanın Peyk kəndində 220 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
Salyan, 14 mart, Mahir Babayev,
AZƏRTAC
Salyanın Peyk kənd tam orta məktəbi üçün inşa olunan 220 yerlik yeni korpusun açılışı olub.
AZƏRTAC
xəbər verir ki, mərasimində ölkəmizdə təhsilə dövlət qayğısı və bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrindən ətraflı danışılıb.
Bildirilib ki, hazırda rayonun Kürqaraqaşlı , Qarabağlı kəndlərində və Babazanlı yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hər biri 100 yerlik olmaqla yeni uşaq bağçalarının tikintisi davam edir.
Bildirilib ki, bu il rayonun 5 kəndində yeni məktəb binasının tikintisi ,16 məktəbin isə əsaslı təmiri planlaşdırılır.
Müəllimlər ,sakinlər gələcəyin qurucuları olan uşaqlara göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları yeni inventar və avadanlıqla təchiz edilən korpusda yaradılan şəraitlə tanış olublar.