Digər
Milli.Az
Saatlıda avtomobil kanala aşıb, ölən var
Saatlı rayonunda avtomobil kanala aşıb. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9.00 radələrində Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb.
İmişli rayonunun Rəsullu kənd sakini, 1981-ci il təvəllüdlü
Nizam Alim oğlu Fərəcov“KİA Cerato” markalı avtomobili idarə edərkən yoldan çıxararaq kanala aşırıb.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az