Ölkə

Rusiya Prezidenti Azərbaycan dövlət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Metbuat.az

Moskva, 10 mart,

AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif ediliblər.


RF Prezidentinin fərmanında qeyd edilir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunublar.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva