Dünya

Rusiya nümayəndəsi SWIFT-in Direktorlar Şurasında yer alacaq

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Rusiyanın nümayəndəsi beynəlxalq banklararası kommunikasiya sistemi olan SWIFT-in Direktorlar Şurasının tərkibinə daxil ediləcək.


AZƏRTAC

RBK saytına istinadla xəbər verir ki, Rusiya bu sistemdə yeri ölkədə ödəmə trafikinin səviyyəsinin yüksəlməsi sayəsində qazanıb. Lakin Direktorlar Şurasının tərkibinə daxil olmaq hələ bu ölkənin hazırda gündəmdə olan SWIFT sistemindən çıxarılması təhlükəsinin sovuşması demək deyil.


Qəbul olunmuş qaydaya əsasən, SWIFT sistemi hər üç ildən bir iştirakçılar arasında aksiyanı yenidən yerləşdirir. Nəticədə hər bir ölkə sistemdəki trafikinin proporsionallığına müvafiq pay əldə edir.


2014-cü ildə aksiyanın yenidən yerləşdirilməsi Direktorlar Şurasının tərkibinin dəyişdirilməsinə gətirib çıxarıb.


“Rossvift” Assosiasiyasının icraçı direktoru Roman Çernov bildirib ki, 2014-cü ilin nəticələrinə görə, Rusiyada SWIFT sisteminin ödəmə trafikinin səviyyəsinin yüksəlməsi ona dünya üzrə bu sahədə 13-cü yeri tutmağa imkan verib. Ona görə də Rusiya bu sistemdə öz payını Direktorlar Şurasının tərkibinə namizəd irəli sürmək səviyyəsinədək artırmağa nail olub.


Honkonq və Niderland Direktorlar Şurasındakı yerlərini itirib. Onların yerini isə Rusiya və Belçika tutub.


Roman Çernovun sözlərinə görə, Rusiyadan namizədin irəli sürülməsi məsələsinə SWIFT-in bu il aprelin 16-da keçiriləcək biznes forumunda baxılacaq.