İdman
Milli.Az
"Real" "Barselona"ya "yox" dedi
Ötən gecə İspaniya La Liqasında "El Klassiko" baş tutdu.
Goal.azxəbər verir ki, "Barselona" - "Real" oyunundan əvvəl klub prezidentləri Barselonanın ən bahalı restoranında şam yeməyi yeyiblər. Bu zaman isə "Barselona”nın prezidenti
Xosep Bartomeuİspaniya Kubokunun "Atletik"lə final oyununun "Santyaqo Bernabeu” stadionunda keçirilməsi ilə bağlı Madridin "Real” klubunun prezidenti
Florentino Peresə müraciət edib. Ancaq Peres bu təklifə "yox" deyib. "Real"ın prezidenti buna səbəb kimi "Atletik"in təmsil olunduğu bask azarkeşlərinin seperatçı şüar səsləndirəcəyindən ehtiyat etdiyini və madridlilərə nifrət etmələrini səbəb göstərib.
Milli.Az