Ölkə
Qazaxda ticarət və iaşə xidmətlərində sanitar yoxlamalar aparılır
Qazax, 12 mart,
AZƏRTACQazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində mütəmadi olaraq sanitariya müayinələri aparılır.
Mərkəzdən
AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-fevral aylarında aparılan sanitar müayinələr zamanı 5 sahibkara xəbərdarlıq edilib, 3 sahibkar cərimələnib, 2 sahibkarlıq obyektinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.