"Qalatasaray"ın qapıçısı pilot oldu
“Qalatasaray” klubunun qapıçısı Fernando Muslera sevgilisi Patria Kalleroyla Türk Hava Yolları Akademiyasının məzunu olub.
ANS PRESS-in məlumatına görə, uruqvaylı qolkiper pilot sertifikatına yiyələnmək üçün sevgilisi ilə birgə imtahan verib.
“Çərçivədə” mötəşəm qurtarışları ilə diqqət çəkən Muslera təyyarənin sükanı arxasında da özünü yaxşı tərəfdən göstərə bilib. Sınaqdan üzü ağ çıxan təcrübəli qapıçı Türk Hava Yolları Akediyamısının sertifikatını alıb.
Bu arada Muslera son vaxtlar komandanı tərk edəcəyi haqda yayılan xəbərləri şərh edib. Uruqvaylı qolkiper "Cim-Bom"un heyətində özünü əla hiss etdiyini bildirib: "Mənim üçün heç bir klubdan rəsmi təklif gəlməyib. Onsuz da "Qalatasaray"da çox xoşbəxtəm.İndi üzərimdə daha çox çalışmaqla "Qalatasaray"a əvvəlkindən də artıq faydalı olmaq istəyirəm".
ANS PRESS