Digər

Peruda "yol terroru": 36 ölü

Metbuat.az
3 avtobus və bir yük avtomobili toqquşub

Peruda ağır yol-nəqliyyat hadisəsi baş verib.



Anspress

-in məlumatına görə, Cənubi Amerika ölkəsi olan Peruda 3 avtobus və bir yük avtomobilinin toqquşması nəticəsində 36 nəfər dünyasını dəyişib.



“Huarmey əyalətində baş verən qəzada 100-ə yaxın adam yaralanıb, vəziyyəti ağır olan 70 nəfər helikopterlə paytaxt Limadakı xəstəxanalara çatdırılıb”, - deyə polis nümayəndəsi Corc Flores bildirib.



Qəza sərnişin avtobuslarından birinin qarşı tərəfdən gələn avtobusun yoluna çıxması və daha sonra zəncirvari qəzanın yaranması nəticəsində meydana gəlib.



Milli.Az