Digər
Milli.Az
Paytaxtda telefon oğrusu tutuldu
Şübhəli şəxs telefon mağazasını qarət edib
Bakıda telefon mağazasından oğurluq edilib.
Milli.Az-ın
anspress-ə istinadən məlumatına görə, paytaxt sakini
Hacıyev Ruslan Aydın oğluSəbail Rayon Polis İdarəsi 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlanması ilə bağlı məlumat verib.
Faktla bağlı polis bölməsində əməliyyat qrupu yaradılıb. 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü
Cəlilov Elçin İlqar oğlusaxlanılıb.
Faktla bağlı saxlanılan şəxs barəsində bölmədə toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Milli.Az