Ölkə
Paytaxt sakinindən beş kiloqramdan çox marixuana götürülüb
Bakı, 24 mart,
AZƏRTACDaxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Nuriyevdən 5 kiloqram 100 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.