Dünya
Pakistanda baş vermiş iki partlayış nəticəsində ən azı 10 nəfər həlak olub
Bakı, 15 mart,
AZƏRTACPakistanın Lahor şəhərində Youhanabad adlı ərazidə iki kilsənin yaxınlığında baş vermiş partlayışlar nəticəsində ən azı 10 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Hər iki partlayış insanların ərazidə sıx olduğu zaman törədilib. Baş vermiş hadisələrlə əlaqədar araşdırma aparılır.