Ölkə

Ötən gün respublika ərazisində 7 yol-nəqliyyat hadisəsi baş verib

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Martın 9-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 50 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli bir fakt müəyyən edilib.


Cinayət törətdiyinə görə 15 nəfər tutulub.