Dünya

"Netanyahunun çıxışı təbliğatdır"

Metbuat.az
XİN rəsmisi bu təbliğatın fanatik yəhudilərə istiqamətləndiyini bildirib

İsrailin baş naziri

Benyamin Netanyahu

nun ABŞ konqresindəki çıxışına rəsmi Tehran sərt münasibət bildirib.



Anspress

-in məlumatına görə, bu barədə açıqlama verən İran XİN-in məruzəçisi

Mərziyə Əfxəm

Netanyahunun seçki təbliğatı ilə məşğul olduğunu deyib.



XİN rəsmisi bu təbliğatın Tel-Əvivdə yaşayan fanatik yəhudilərə istiqamətləndiyini bildirib.



“Netanyahunun bu çıxışı radikal qrupların sionist rejim tərəfdarları arasında belə tək qaldığının və zəiflədiyinin işarəsidir. Baş nazirin çıxışı həm də Tel-Əvivdəki fanatiklərə istiqamətlənmiş seçki təbliğatının bir hissəsidir”.



Əfxam çıxışda nüvə proqramı barədə deyilən sözləri isə Netanyahunun mütəmadi təkrarladığı yalanlardan biri olduğunu vurğulayıb.



Milli.Az