Ölkə
AZƏRTAC
Nərimanov rayonunda baş verən qəzada avtomobil yanıb
Bakı, 29 mart,
AZƏRTACBakıda baş verən qəzada avtomobil yanıb.
AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nərimanov rayonunda ”VAZ” markalı minik avtomobili ilə sahibi məlum olmayan “Chevrolet” markalı digər minik avtomobilin toqquşması nəticəsində yanğın baş verib. Nəticədə “Chevrolet”in tamamilə yanıb, digər avtomobil isə yanğından mühafizə olunub.
Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.