Dünya

Myanma sahillərində sərnişin bərəsi qəzaya uğrayıb

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Myanma sahillərində sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 21 nəfər həlak olub, 26 nəfər isə itkin düşüb.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, qəza martın 13-də axşam saatlarında baş verib. Göyərtəsində 200-dən çox sərnişinin olduğu bərə Kyaokpyu şəhərindən ölkənin qərbində yerləşən Rakxayn ştatının paytaxtı Situeyə gedirdi.


Hazırda 167 nəfərin xilas edildiyi bildirilir.