Ölkə

Muxtar respublikada 500 hektardan çox sahədə yaz əkini aparılıb

Metbuat.az

Naxçıvan, 31 mart,

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 500 hektardan çox sahədə yaz əkini həyata keçirilib.


Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən

AZƏRTAC

-a bildirilib ki, əkin sahələrinin 284,2 hektarına arpa, 10 hektarına buğda səpilib.


Əkinin 294,2 hektarı taxıl, 10 hektarı dənli-paxlalı, 23 hektarı tərəvəz, 109 hektarı kartof, 6 hektarı bostan, 67 hektarı isə çoxillik ot bitkiləridir.


2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması Naxçıvanda aqrar sahənin istehsalçıları üçün yeni stimul olub. Torpaq mülkiyyətçiləri hazırda sahələrdə yaz əkini kampaniyasını davam etdirirlər.