Dünya

Misirdə polis kazarmalarının yaxınlığında partlayış baş verib

Metbuat.az

Qahirə, 10 mart,

AZƏRTAC

Martın 10-da Şimali Sinay əyalətinin inzibati mərkəzi Əl-Ariş şəhərində təhlükəsizlik qüvvələrinin kazarması yaxınlığında güclü partlayış baş verib. Bu barədə məlumatı Misir KİV-ləri ölkənin hüquq mühafizə orqanlarına istinadla yayıb.


İlkin məlumata görə, partlayış nəticəsində təqribən 30 polis müxtəlif dərəcəli xəsarət alıb. Hazırda terror aktı nəticəsində ölənlərin olub-olmaması barədə məlumat yoxlanılır.


Bildirilib ki, partladıcı qurğunu terrorçu-kamikadze işə salıb. O, minalanmış avtomobili partladıb.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə