İdman

Mişel Platini yenidən UEFA prezidenti seçilib

Metbuat.az

Bakı, 25 mart,

AZƏRTAC

UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən konqresində Mişel Platini yenidən qurumun prezidenti seçilib.


AZƏRTAC

xəbər verir ki, M.Platini ona göstərilən etimada görə üzvlərə minnətdarlığını bildirib.


M.Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. Altımış yaşlı M.Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək. Əfsanəvi fransalı futbolçu 2007-ci ildən UEFA-ya rəhbərlik edir.


Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katibi Elxan Məmmədov da iştirak ediblər.