Ölkə
Lənkəranda qeyri-qanunu fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti dayandırılıb
Lənkəran, 14 mart, Bağır Əliyev,
AZƏRTACTexniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) Lənkəran ərazi idarəsi tərəfindən Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.
TTSDNX-nin Lənkəran ərazi idarəsinin aparıcı məsləhətçisi Xalid Ələkbərli
AZƏRTAC-a bildirib ki, araşdırma zamanı sexdə istehsal olunan məhsullarının heç bir normativ sənədinin olmadığı aşkarlanıb.
Yoxlamanın nəticələri ilə bağlı akt tərtib edilib, qeyri-qanuni fəaliyyət göstərən sexin fəaliyyəti dayandırılıb.