Ölkə
Kürdəmirdə yanğın baş verib
Bakı, 20 mart,
AZƏRTACMartın 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində ümumi sahəsi 300 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı ev əşyaları ilə birgə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalar aparılır.