Digər
Milli.Az
Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib
Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib
Kürdəmir Rayon Prokurorluğundan
Trend-ə verilən məlumata görə, martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü
Neman Budaqovun üzərində xəsarətlər olan meyidi aşkar edilib.
İlkin araşdırmalardan sonra qətlin Neman Budaqovun öz həmkəndlisi tərəfindən törədildiyi müəyyən edilib. Belə ki, Axtaçı kənd sakini, 1992-ci il təvəllüdlü
Toğrul Bağırovşəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq Neman Budaqovu qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az