Dünya
Kiyevdə hərbi vertolyot qəzaya uğrayıb
[ 24 Mart 2015 18:27 ]
Bakı - APA. Bu gün Kiyev (Ukrayna) şəhərinin Vasilkovsk rayonunda hərbi vertolyot qəzaya uğrayıb.
APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Poltava-Jitomir reysi ilə uçan iki vertolyotdan biri qəfildən aşağı düşüb.
Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Hadisənin səbəbləri araşdırılır.