Dünya

Kadırov Putindən ötrü canından keçər

Metbuat.az

Ötən gün "Şərəf" ordeni ilə təltif edilmiş Çeçenistan rəhbəri

Ramzan Kadırov

Rusiya Prezidentinə minnətdarlığını bildirib və özünü

Vladimir Putin

in "piyada əsgəri" adlandırıb.



Trend

-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, R.Kadırov deyib ki, Çeçenistanda sülh və sabitlikdə əsas xidmət V.Putinə məxsusdur: "Yalnız onun müdrik siyasəti, kömək və dəstəyi davamlı sülh əldə etməyə, respublikanı, onun iqtisadiyyatı, mədəniyyəti dirçəltməyə imkan verdi".



O qeyd edib ki, həmişə V.Putinin mübarizə yoldaşı olacaq: "Bu insan üçün candan keçmək ən yüngül tapşırıqdır. Əmin edirəm ki, nəyin bahasına olursa olsun, istənilən əmri icra edərəm".



Milli.Az