Ölkə

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, regionlarda da davam etdirilir.


Nazirliyin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Dövlət Xidməti Kürdəmirdə Toğrul Məmmədova məxsus marketdə və Gəncədə Surxay Rəhimova məxsus “Təbriz” marketdə apardığı yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərqlərin olduğunu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların aldadıldığını aşkar edib.


Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.