İdman

İspaniyalı gimnast “Bakı 2015”-də yeni rəqsi ilə çıxış edəcək

Metbuat.az

Madrid, 9 mart,

AZƏRTAC

Bədii gimnastika üzrə İspaniya çempionu Karolina Rodrigez halqa ilə yaratdığı yeni rəqsi ilə dünyanı fəth etməyə hazırlaşır.


Rəqsin premyerası martın 21-22-də Fransada keçiriləcək Gran Pri yarışlarında olacaq. Gimnast eyni hərəkətləri Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da nümayiş etdirəcək.


Yeni xoreoqrafiya özündə dinamik flamenko ritmlərini əks etdirir.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid