Dünya

İspaniya kralı Fransaya səfərini yarımçıq qoyub

Metbuat.az

Milli.Az

AZƏRTAC

-a istinadən xəbər verir ki, göyərtisində əsasən ispan, alman və türk vətəndaşlarından ibarət 142 sərnişinin və altı ekipaj üzvünün olduğu Almaniya hava yolları şirkətinə məxsus Airbüs A320 təyyarəsinin martın 24-də Alp dağlarının Fransa hissəsində qəzaya uğraması İspaniya Kralı VI

Felipe

ni Fransaya üçgünlük dövlət səfərini yarımçıq qoymağa məcbur edib.



Fransa ilə İspaniya arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə martın 24-də xanımının müşaiyəti ilə Fransaya səfər edən İspaniya monarxiyasının başçısını İnvalid meydanında baş nazir

Manuel Valls

qarşılayıb. Oradan Yelisey sarayına gələn və prezident Fransua Ollndla görüşən kral səfərini yarımçıq qoyaraq İspaniyaya qayıtmağı qərara aldığını bəyan edib.



Bir neçə dəqiqəlik görüşdə

Fransua Olland

və Kral VI Felipe baş verən hadisəni böyük faciə kimi dəyərləndirib və həlak olanların ailələrinə başsağlığı veriblər.



Kral Yelisey sarayındakı görüşdən dərhal sonra İspaniyaya qayıdıb.



Xatırladaq ki, təyyarə qəzası son illərdə Fransada baş verən ən ciddi qəzalardan biri hesab olunur.



Milli.Az