Dünya

İran XİN: “Altılıq” ölkələri ilə danışıqlarda böyük irəliləyiş əldə olunub

Metbuat.az

[ 06 Mart 2015 01:42 ]


Bakı-APA. “Altılıq” ölkələri və İran arasında Tehranın nüvə proqramına dair danışıqlarda böyük irəliləyiş əldə olunub.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Abbas Əraqçı bildirib.

O qeyd edib ki, buna baxmayaraq, məsələ ilə bağlı fikir ayrılığı hələ qalmaqdadır.  

Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad   nüvə proqramı ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu bildirmişdi.