İdman
Milli.Az
İnzagini gözlədirlər
Mövsümdə qeyri-qənaətbəxş çıxış edən "Milan"ın gələcəyi hələ ki məlum deyil.
Goal.azxəbər verir ki, dünən klubun prezidenti
Silvio Berluskoninin köməkçisi
Adriano Qallianiilə görüşü planlaşdırılsa da, baş tutmayıb. İtaliya mətbuatına görə, bu görüşdə İnzaginin yerinə hansı məşqçinin komandanın sükanı arxasına gətiriləcəyi müzakirə olunmalı idi. Amma Berluskoni vəziyyəti daha dərindən analiz etmək məqsədilə görüşü təxirə salıb.
Qeyd edək ki, daha əvvəl İnzaginin istefaya göndəriləcəyi təqdirdə onun köməkçisi
Mauro Tassottivə ya əvəzedici heyəti çalışdıran
Kristian Brokkinin baş məşqçi səlahiyyətlərini yerinə yetirəcəyi deyilirdi.
Milli.Az