Digər
Hündürlükdən yıxılan Bakı sakini xəstəxanada ölüb
[ 10 Mart 2015 14:16 ]
Bakı. Fuad Cəfərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən “Komfort-S” MMC-də operator işləyən Bakı şəhər sakini İsa Hüseynov şirkətin həyətində hündürlükdən yıxılıb.
Xəstəxanaya yerləşdirilən İ.Hüseynov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.