Ölkə
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
Bakı, 16 mart,
AZƏRTACHavanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
AZƏRTAC-a verilən məlumata görə, martın 16-dan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.