Ölkə

Hacıqabulda yanğın ölümlə nəticələnib

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Hacıqabul şəhərində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin bir otaq və mətbəxi ev əşyaları ilə birgə yanıb.


Fövqəladə Hallar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub.


Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.