Ölkə

GUAM-ın qərargahında qurumun 2014-cü il ərzində maliyyə fəaliyyəti müzakirə edilib

Metbuat.az

Kiyev, 13 mart,

AZƏRTAC

 


Ukrayna paytaxtında, GUAM-ın Katibliyində qurumun 2014-cü il ərzində maliyyə fəaliyyətinin yoxlanması üzrə kənar audit keçirilib. Bu barədə

AZƏRTAC

-a  GUAM-ın Kiyevdəki qərargahından məlumat veriblər.


Müşavirədə Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin  Maliyyə-valyuta idarəsinin baş müşaviri Tərlan Qasımov və ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev təmsil ediblər.


Tədbirin yekunlarına görə, GUAM-ın  üzvü olan ölkələrin nümayəndələrinin qurumun 2014-cü il ərzində maliyyə fəaliyyətinin yoxlanmasının nəticələrinə dair auditor rəyi imzalanıb.


Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev