Dünya

GUAM-ın baş katibi Gürcüstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Metbuat.az

Kiyev, 7 mart,

AZƏRTAC

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın baş katibi Valeri Çeçelaşvili Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər nazirinin müavini, GUAM-ın Gürcüstan üzrə milli əlaqələndiricisi David Calaqaniya ilə görüşüb. Bu barədə

AZƏRTAC

-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.


Görüşdə tərəflər GUAM-ın fəaliyyəti ilə bağlı bir sıra məsələləri, o cümlədən GUAM və GUAM+ formatlarında layihələrin və əməkdaşlıq proqramlarının implementasiyası məsələlərini müzakirə ediblər.


Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev