Ölkə

Gənclərin sağlam həyat tərzi ilə bağlı layihə Tovuzda icra edilib

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011-2015- ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı “Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layihə çərçivəsində növbəti tədbir martın 12-də Tovuzda keçirilib.


TUMİB-dən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək son illər ölkə gənclərinin şəxsi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, deyib ki, Tovuz gənclərinin fərdi bacarıqlarının üzə çıxması üçün müxtəlif tədbirlər keçirilir. Ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini deyən idarə rəisi bu fəaliyyətin gələcəkdə də davamlı olacağını vurğulayıb.


TUMİB-in sədi Çingiz Bayramov Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə gənclərə və idmana göstərilən qayğının təzahürüdür. Ç.Bayramov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında maarifləndirmə işlərinin aparılmasıdır.


TUMİB-in idarə heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə regionlarda bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.


Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan gənclərinin rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.