Digər
Milli.Az
Gəncəliləri yanğın yuxudan elədi
Bu gün səhər saat 6 radələrində Gəncə şəhər Kəpəz rayon 4-cü mikrorayonda bina 29, mənzil 1-in zirzəmisində yanğın olub.
Şahidlərin sözlərinə görə, yanğın binanın zirzəmisində yığılıb qalan kağızların alışması səbəbindən yaranıb. Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili gəlib və yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az