Ölkə
AZƏRTAC
Gəncədə Novruz bayramı münasibətilə satış yarmarkası təşkil olunub
Gəncə, 17 mart,
AZƏRTACŞəhər əhalisinin bayram günlərində ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə martın 17-dən etibarən satış-yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC
xəbər verir ki, alıcılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, müxtəlif ərzaq malları da təklif olunur. Şəhər sakinləri yarmarkaya çıxarılmış məhsulların bazar qiymətlərindən xeyli ucuz olmasından və keyfiyyətindən razılıq edirlər.
Yarmarka martın 20-dək davam edəcək.