Ölkə

Gəncədə “Çayların çirklənməsinə son” adlı layihənin icrasına başlanılıb

Metbuat.az

Gəncə, 16 mart,

AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və IDEA İctimai Birliyi şəhər nümayəndəliyinin təşkilatçılığı ilə “Çayların çirklənməsinə son” adlı layihənin icrasına başlanılıb. 100-dən artıq gəncin qoşulduğu layihənin icrasının birinci günü Gəncə çayının yatağında təmizlik işləri aparılıb.


IDEA İctimai Birliyinin Gəncə nümayəndəliyinin rəhbəri Könül Zeynalova

AZƏRTAC

-a deyib ki, layihənin əsas məqsədi ətraf mühiti qorumaq, çayların məcrasını təmizləmək və çay sahillərində yaşayan əhali arasında ekologiyanın qorunması barədə maarifləndirmə işləri aparmaqdır.