Ölkə
Gəncə Dövlət Universitetində tələbələrin bilik müsabiqəsi keçirilir
Gəncə, 13 mart,
AZƏRTACGəncə Dövlət Universitetinin tələbə həmkarlar ittifaqı təşkilatı “Yeni və ən yeni dövlətçilik tariximizi tanıdaq” adlı bilik müsabiqəsinə start verib.
Universitetin tələbə gənclər təşkilatının sədri Qulu Abdullazadə
AZƏRTAC-a deyib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin dövlətçilik tariximiz haqqında biliklərini dərinləşdirmək və təbliğ etməkdən ibarətdir.
Layihəyə mayın 27-də yekun vurulacaq.