Ölkə
AZƏRTAC
Gəncə Dövlət Universitetində fənn olimpiadası keçiriləcək
Gəncə, 30 mart,
AZƏRTACGəncə Dövlət Universiteti (GDU) tələbə gənclər təşkilatının təşəbbüsü ilə keçiriləcək fənn olimpiadasına hazırlıq işlərinə başlanılıb.
AZƏRTAC
xəbər verir ki, aprel ayının 3-dən mayın 10-dək keçiriləcək yarışda tələbələr iqtisadiyyat, riyaziyyat, kimya, biologiya, tarix, fizika, sosiologiya, pedaqogika, psixologiya, metodika fənləri üzrə biliklərini nümayiş etdirəcəklər.
Olimpiadanın yekununda ilk 3 yerə çıxmış tələbələrə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunacaq.