Filip Dyuriçiç Azərbaycan yığmasından nə dedi?
“Milli komandanın oyunu zamanı hər zaman təzyiq olur. Rəqib Azərbaycan da olsa, Albaniya da olsa, bu təzyiqi hiss edirsən”. Milli.Az
apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiya yığmasının yarımmüdafiəçisi
Filip Dyuriçiçdeyib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə keçiriləcək səfər qarşılaşması öncəsi fikirlərini bölüşən 23 yaşlı oyunçu rəqibdən çəkinmədiklərini bildirib: “İstənilən halda yığmanın heyətində ən yaxşı oyununu göstərməyə çalışırsan. Düzdür, bu dəfə işimiz çətin olacaq. Çünki rəqiblərimiz güclüdür. Portuqaliya təkcə Ronaldudan asılı komanda deyil. Onların Moutinyo, Nani kimi usta futbolçuları var. Biz seçmə mərhələyə uğurlu start götürməsək də, bu vəziyyəti düzəldə bilərik. Uğursuz nəticə bizi Lissabonda daha yaxşı oynamağa vadar edir. Portuqaliya üzərində qələbə şansımızın artmasına kömək edəcək”.
Qeyd edək ki, Portuqaliya – Serbiya oyunu martın 29-da keçiriləcək.
Milli.Az