İdman
AZƏRTAC
FİFA 2018-ci ildə keçiriləcək dünya çempionatının təqvimini təsdiqləyib
Bakı, 18 mart,
AZƏRTACBeynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) icraiyyə komitəsi martın 18-də 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təqvimini təsdiqləyib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, təqvimin hələlik elan olunmaması barədə razılaşdıqlarını bildirən Rusiyanın idman naziri Vitali Mutko onun dünya çempionatının ilkin püşkatması zamanı açıqlanacağını bildirib. Nazir çempionatın talismanını hazırlamaq üçün müsabiqə elan ediləcəyini və bu işin 2016-cı ilin ortalarına qədər başa çatdırılacağını da qeyd edib.
Xatırladaq ki, dünya birinciliyinin ilkin püşkatması bu il iyulun 25-də Sankt-Peterburqun Konstantinovsk sarayında keçiriləcək.