Ölkə

Ən yaşamalı şəhərlər (SİYAHI)

Metbuat.az

"Mercer" məsləhət şirkəti illik Yaşayış İndeksi-2015 hesabatını dərc edib.



ANS PRESS-in məlumatına görə, 230 şəhəri əhatə edən indeksdə Vyana (Avstriya) dünyada ən yaxşı həyat şəraiti olan şəhər seçilib. Sonrakı yeri Sürix (İsveçrə), Oklend (Yeni Zelandiya), Münhen (Almaniya) və Vankuver (Kanada) tutur.



Mərkəzi və Şərqi Avropa şəhərlərində həyat şəraiti daha keyfiyyətlidir. Praqa 68, Budapeşt və Lyublyana 75-ci yerlərdədir. Avropa regionunda həyat keyfiyyətinin ən aşağı səviyyədə olduğu şəhərlər Kiyev (176), Tirana (180) və Minskdir (189).



İndeksin sonunda Bağdad qərarlaşıb. Bakı 197-ci, Tiflis 184-cü, Moskva 167-ci, Tehran 203-cü yerdə qərarlaşıb.



Şirkətin baş məsləhətçisi Kate Fitzpatrik "The Telegraph"a bildirib ki, Avropa şəhərləri daimilik, təhlükəsizlik və yüksək keyfiyyətə xas xüsusiyyətdə olduğu üçün yuxarı yerlərdədir. Avropa şəhərlərində yaxşı xəstəxanalar, məktəblər var. Onlar təhlükəsizdir və yaxşı nəqliyyat əlaqələri mövcuddur. Avstriya paytaxtı Vyana isə həm təmizdir, həm də bütün kateqoriyalar üzrə yüksək bal toplayıb.



"Mercer" qiymətləndirməni 10 kateqoriya üzrə aparıb: siyasi və sosial, iqtisadi, ictimai-mədəni mühit, tibbi şərait, məktəblər və təhsil, ictimai xidmətlər və nəqliyyat, istirahət, istehlak malları, ev və təbii mühit.



İlk və son onluqların siyahısı belədir:



1. Vyana, Avstriya



2. Sürix, İsveçrə



3. Oklend, Yeni Zelandiya



4. Münhen, Almaniya



5. Vankuver, Kanada



6. Düsseldorf, Almaniya



7. Frankfurt, Almaniya



8. Cenevrə, İsveçrə



9. Kopenhagen, Danimarka



10. Sidney, Avstraliya


...



220. Dəməşq, Suriya



221. Nuakşot, Mavritaniya



222. Konakri, Qvineya



223. Kinşasa, Konqo Demokratik Respublikası



224. Brazzavil, Konqo Respublikası



225. Sana, Yəmən



226. Ndjamena, Çad



227. Xartum, Sudan



228. Port-o-Prens, Haiti



229. Bangi, Mərkəzi Afrika Respublikası



230. Bağdad, İraq​


Mənbə
ANS PRESS