Ölkə

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Saatlıda vətəndaş qəbulu keçirəcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov martın 13-də Saatlı şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.


Komitədən

AZƏRTAC

-a bildiriblər ki, qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaş qəbulu Saatlı şəhərindəki Gənclər Mərkəzində saat 11-də keçiriləcək.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar komitənin

office@emdk.gov.az

 elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin aparatı (012) 490-24-08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi (02121) 5-77-66, (02121) 5-52-45, (02123) 5-62-47.