Ölkə

Dünyanın müxtəlif bölgələrində humanitar yardımın göstərilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Kyunq-vha Kanqla görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, görüşdə AİDA-nın beynəlxalq fəaliyyəti və dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr, eləcə də Afrika dövlətlərində Ebola epidemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi maliyyə dəstəyi barədə məlumat verilib. Dünyanın müxtəlif bölgələrində humanitar yardımın göstərilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.


Ə.Şıxəliyev BMT-nin Fövqəladə Vəziyyətlər üzrə Mərkəzi Fondunun rəhbəri Liza Doftenlə də görüşüb. Söhbət zamanı təcili humanitar yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.


AİDA-nın rəisinin BMT-nin İnkişaf Proqramı (UNDP) administratorunun köməkçisi, Avropa və MDB Regional Ofisinin direktoru Cihan Sultanoğlu və UNDP-nin İcraçı Ofisinin direktoru Alberik Kako ilə görüşündə isə dünyanın müxtəlif bölgələrində inkişaf məqsədli birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.