Ölkə

Dövlət başçısı Siddiqə Məmmədova fəxri diplom, Əli Hüseynova orden verilməsi haqda sərəncam imzalayıb

Metbuat.az

[ 14 Mart 2015 19:56 ]



Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda S. Məmmədovanın Azərbaycan elminin inkişafında böyük xidmətlərinin olduğu vurğulanıb.

Dövlət başçısının daha bir sərəncamına əsasən, Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.  Sərəncamda qeyd olunub ki, o, ölkədə inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə təltif edilib.