İdman

“Dinamo” futbolun vətənini təhqir etdi, “Roma” biabır oldu

Metbuat.az
Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, Moskva “Dinamo”su “Napoli”ni qəbul edib. İlk oyunda 3:1 hesabı ilə məğlub olan ruslar doğma meydan amilindən yararlana bilməyiblər – 0:0. İki oyunun nəticəsinə görə italyanlar növbəti mərhələyə vəsiqə qazanıblar.

Kiyev “Dinamo”su səfərdə 2:1 hesabı ilə məğlub olduğu “Everton”u qəbul edib. Oyunda hesabı meydan sahibləri açıblar – Yarmolenko fərqlənib. Lakin qonaqların cavabı özünü çox gecikdirməyib – 29-cu dəqiqədə Lukaku hesaba tarazlıq gətirib.

Ukraynalılar buraxılan qoldan sonra daha da fəallaşıblar. 35-ci dəqiqədə Teodorçik, iki dəqiqə sonra isə Veloso ingilisləri məyus edib – 3:1. Lakin bu da son olmayıb – 56-cı dəqiqədə Qusev özünün birinci, komandasının dördüncü qolunu vurub. 76-cı dəqiqədə “Dinamo”nun heyətində Antunes də fərqlənib. 82-ci dəqiqədə Jaqielkanın qolu sonuncu olub – 5:2.

“Roma” - “Fiorentina” qarşılaşmasında isə gözlənilməz hesab qeydə alınıb. Belə ki, səfərdən 1:1-lik nəticə ilə dönən romalılar paytaxtda florensiyalılara məğlub olublar. “Fiorentina” futbolçuları oyunun taleyini 13 dəqiqə ərzində həll ediblər: Qonsalo Rodriges, 9 (0:1), Markos Alonso, 18 (0:2), Basanta, 22 (0:3).

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az